Kəlbəcər sakini Gəncədə bıçaqlandı
21 yanvar 2017 02:39 (UTC +04:00)

Kəlbəcər sakini Gəncədə bıçaqlandı

0

Gəncədə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncədə məcburi köçkünlər üçün salınan şəhərcikdə yaşayan Kəlbəcər rayon sakini, 1992-ci il təvəllüdlü Azər Abbasov sağ sarğı, alın və ənsə nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. A.Abbasovun sözlərinə görə, o, evə gedən zaman bir neçə nəfər tərəfindən hücuma məruz qalıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 829

Oxşar yazılar