Bu gün axşam saatlarında Samur-Abşeron su kanalının Xaçmaz rayonu ərazisindən keçən hissəsində qadın meyidi aşkarlanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyitin 1964-cü il təvəllüdlü Xaçmaz şəhəri Nizami küçəsi 5 ünvanında qeydiyyatda olan Əsədova Nazəndə Əlihüseyn qızına məxsus olduğu müəyyənləşib. Onun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğundan araşdırmalar davam etdirilir.