Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yeraltı təkanlar bu gün 07:51 radələrində Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Tikililərdə dağıntı yoxdur.