Azərbaycandan İrana spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən İran İslam Respublikasının vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı, sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb.
Yoxlama zamanı, avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulmuş yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsüldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda birlitrlik araqlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.