İran xarici işlər nazirinin müavini Azərbaycandadır
12 mart 2014 14:42 (UTC +04:00)

İran xarici işlər nazirinin müavini Azərbaycandadır

İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurun Azərbaycana səfəri başlayıb.


 

APA-nın məlumatına görə, martın 12-14-də İ.Rəhimpur Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

 

Martın 15-16-da isə İ.Rəhimpur Naxçıvana yola düşəcək və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar