“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
İki gün davam edəcək konfrans Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.