İmişlidə ev yanıb - <span style="color:red;">YENİLƏNİB
26 mart 2014 09:58 (UTC +04:00)

İmişlidə ev yanıb - YENİLƏNİB

0


İmişlidə fərdi yaşayış evi yanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna FHN-in İmişli rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Hadisə bu gün saat 14:00 radələrində İmişli şəhəri Pənah Həsənov küçəsi, 105 ünvanında yerləşən Famil Hüseynova məxsus fərdi yaşayış evində qeydə alınıb. Güclü alov evin dam örtüyündə başlayıb. Yanğın nəticəsində evin dam örtüyü və otaqlar içindəki əşyalarla birlikdə yanıb. Ev sahiblərinin sözünə görə, yanğın zamanı evdə olan pul və qızıl-zinət əşyaları da yanıb.

Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib, alov məhdudlaşdırılıb. Ümumi sahəsi 160 kv. metr olan evin 40 kv. metri, o cümlədən həyətdəki dam və yardımçı çardaq sahələri alovdan xilas edilib. Eyni zamanda, alovun yaxınlıqdakı digər evlərə keçməsinin qarşısı alınıb. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar