Prezident İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib.
Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra hərbi şəhərcikdə yaradılan şəraitlə tanış oldu.
Sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb.