İranda postmodern qəzəl janrında yazan gənc şairlər Mehdi Musəvi və Fatimə İxtisari tutulub.
Lent.az-ın məlumatına görə, iki həftədən çoxdur barələrində xəbər olmayan şairlərin həbs bu gün bilinib.
Onlar ədəbi fəaliyyətləri ilə bağlı ifadə vermək üçün dekabrın 7-də Tehranın prokurorluğuna çağırılıb. Sonra onları İran İslam İnqilab Keşikçiləri Qvardiyasının təcridxanasına köçürüblər.