Xaçmaz rayonu, Xudat şəhərində bıçaqlanma baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər Rəşid Behbudov küçəsi, ev 2 ünvanında Xudat şəhər sakini 43 yaşlı Rafiq Mudaliyevi həmin evdə kirayəşin qalan Yarəhməd adlı şəxs bıçaqlayıb. Rafiq Mudaliyev həmin vaxt sərxoş olduqlarını deyib: "İçmişdik, evə gəldik. Evdə nə olduğunu bilmirəm, heç nə yadımda deyil".
O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.
Yarəhməd Sultanov isə zərərçəkinin sərxoş olduğunu söyləyib: "İçkili idi. "Araq al" dedi, almadım. Qapını örtəndən sonra pəncərədən girdi. Əlində bıçaq, mübahisə etdi. Sonra hadisə oldu, getdim qonşuya, polislər gəldi".
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.