Hökməlidə baş verən partlayışda yaralananlardan 2-si Türkiyəyə aparıldı
21 oktyabr 2016 09:12 (UTC +04:00)

Hökməlidə baş verən partlayışda yaralananlardan 2-si Türkiyəyə aparıldı

Dünən Hökməli qəsəbəsində mənzildə baş vermiş partlayış nəticəsində xəsarət alanlardan 2 nəfər Türkiyəyə köçürülüb.
 
Respublika Yanıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, partlayışda xəsarət alan ev sahibi Müşviq Qurbanov və həyat yoldaşı Səbruz Novruzova dünən Türkiyədəki hospitallardan birinə köçürülüb.
 
Hadisə nəticəsində xəsarət alan ailənin digər üzvü 12 yaşlı Leyla Qurbanlının isə vəziyyəti stabildir.
 
 
Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin əməkdaşı 1972 il təvəllüdlü Müşviq Qurbanovun mənzilində qaz sızmasında partlayış baş verib.
 
 
Hadisə nəticəsində M. Qurbanov və həyat yoldaşı yoldaşı 1972-ci il təvəllüdlü S.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar.
 
 
Ailənin digər üzvü 3 yaşlı Banuçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.
 
 
 Qeyd edək ki, Ş.Novruzova tanınmış cərrah, M.Qurbanlı isə “Azəravtoyol” ASC-nin aparat rəhbəridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar