Hərbi xidmətə çağırılan vətəndaşlarımıza xəbər
28 mart 2014 16:53 (UTC +04:00)

Hərbi xidmətə çağırılan vətəndaşlarımıza xəbər

Aprel ayında həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları martın 31-dən xidmət keçəcəkləri hərbi hissələr barədə məlumatı öyrənə biləcəklər.


 

Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

 

Xidmətin çağırışçılarla bağlı elektron bazası martın 31-də aktivləşəcək. Vətəndaşlar qurumun rəsmi internet saytında (www.seferberlik.gov.az) elektron xidmətlər bölməsinə özləri barədə müvafiq informasiyanı daxil etməklə, göndəriləcəkləri hərbi hissə barədə məlumat ala bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008
avatar

Oxşar yazılar