Daşkəsən sakini meşədə döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Astaf kənd sakini, 1989-cu il təvəllüdlü İslam Cabbarov kəllə beyin tarvması ilə Gəncədə olan xəstəxanaların birinə yerləşdiirlib.
Ona tibbi ayrdım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. İ. Cabbarovun dediyinə görə, onu həmkəndlisi tüfəngin qundağı ilə meşədə döyüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.