Gürcüstanın Qardabani rayon sakini Knyaz Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Lent.az-ın məlumatına əsasən, gənc təcili olaraq ürək köçürülməsi üzrə əməliyyat olunmalıdır. Əməliyyat üçün 100 min dollar məbləğində vəsait tələb olunur.
K.Əliyevin qohumlarının bildirdiyinə görə, fevral ayının sonuna qədər əməliyyat keçirilməsə, o, həyatını itirə bilər.
Azərbaycanlı gəncin əməliyyatının keçirilməsinə dəstək olmaq istəyənlər üçün bank hesabı açılıb. K.Əliyevin doğmaları mərhəmətli insanları yardım etməyə çağırır.
Yardım etmək istəyənlər üçün əlaqə nömrəsini təqdim edirik:
Knyaz Əliyevin dayısı Vəli İbrahimov (+995) 595 16 14 81