Gürcü və azərbaycanlı gənclər Xocalı faciəsinə yürüş həsr edib
27 fevral 2014 03:31 (UTC +04:00)

Gürcü və azərbaycanlı gənclər Xocalı faciəsinə yürüş həsr edib

0
Fevralın 26-da Gürcüstan paytaxtındakı Ambasador mehmanxanasında Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) təşkilatçılığı ilə “Cənubi Qafqazda münaqişələr” mövzusunda konfrans keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri GATA-nın sədri Samirə İsmayılova açaraq gürcü ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələrə “Xocalıya Ədalət” kampaniyası ilə bağlı həyata keçirilən  silsilə tədbirlər barədə məlumat verib.

 

Sonra Gürcüstanın ali məktəblərində təhsil alan 100 nəfərədək gürcü və azərbaycanlı tələbə “Xocalı” yazılan köynəklər geyinərək mehmanxanadan “Sülh körpüsü”nədək “Xocalıya Ədalət!”, “Qarabağa azadlıq!”, “Xocalı harayı!” çağırışları ilə yürüş ediblər. Yürüş zamanı “Sülh körpüsü”ndən səmaya yanar şarlar buraxılıb. GATA-nın üzvləri yürüşdə Tiflis sakinlərinə Xocalı barədə bukletlər paylayıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 923

Oxşar yazılar