Raqif Mustafayev APA-ya açıqlamasında bildirib ki, həmin telefonu müstəntiqdən alıb: “İşi araşdıran müstəntiq mənimlə görüşəndə telefonu mənə verdi ki, təqsirləndirilən şəxsin ailəsinə çatdırım. Mən də telefonu alıb çantaya qoymuşam. Təcridxanaya gedəndə öz telefonumu maşında qoydum. Həmin telefon isə yadından çıxıb, çantada qalmışdı. Xarab, işləməyən telefondur”.
Qeyd edək ki, R. Mustafayev hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili olub.