Göygöldə ev yanıb
29 mart 2014 20:38 (UTC +04:00)

Göygöldə ev yanıb

0
Bu gün Göygöl rayonunun Nadil kəndində yanğın hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, kənd sakini Yaşar Bayramova məxsus  60 kvadratmetr sahəsi olan üçotaqlı köməkçi tikilini bir otağının 24 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. Yanğın yerinə Gəncə və Göygöl yanğından mühafizə idarəsinin 3 avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub. Tez bir zamanda alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində olan qısa qapanma səbəb olub. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar