Göyçayda oğul anasını bıçaqladı
20 noyabr 2013 13:43 (UTC +04:00)

Göyçayda oğul anasını bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Heydərli Heydər Bayram oğlu aralarında baş verən ailə münaqişəsi zamanı anası 1976-cı il təvəllüdlü Heydərova Məhsəti Vaqif qızını bıçaqlayıb. Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Anasını bıçaqlayan Heydər Heydərli isə evdən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirirlər.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10