<b>Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələyib</b>
23 yanvar 2017 12:33 (UTC +04:00)

Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələyib

0

 

 

Göyçay şəhərində yaşayan 11 yaşlı Ə. Şirəliyev əlindəki pnevmatik tüfənglə həmyaşıdına xəsarət yetirib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılan atəşdən qonşusu həmyaşıdı F.Nəzərov xəsarət alıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar