Goranboyda yol qəzası: 1 ölü
26 noyabr 2013 10:11 (UTC +04:00)

Goranboyda yol qəzası: 1 ölü

0

Goranboyda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Gəncə istiqamətində hərəkətdə olan “Ford” markalı yük maşını yolun kənarına aşıb. Qəza zamanı 32 yaşlı sürücü, Gəncə şəhər sakini Elşad Babayev müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Goranboy rayon mərkəzi xəstəxanasına aparılıb və orada ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1176

Oxşar yazılar