Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib.
DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.