Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana birlikdə piyada gələn 3 nəfər, Azərbaycan vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.
Baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23800 ədəd “Manchester” markalı siqaretlər aşkar edilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.