Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaret aşkar edilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “VAZ-21013” markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.
Əməliyyat tədbiri nəticəsində “VAZ-21013” markalı minik avtomobili Masallı şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 85.400 ədəd “Manchester”, “Golden Gate” və “D&J” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.