Gənclər təşkilatı Əlillər Gününü qeyd etdi
03 dekabr 2013 17:35 (UTC +04:00)

Gənclər təşkilatı Əlillər Gününü qeyd etdi

Gənclər üçün Təhsil Mərkəzi “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Mingəçevir şəhərində silsilə tədbir keçirib.

Lent.az-ın məlumatına görə, Mingəçevir şəhərindəki fiziki qüsurlu uşaqların və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Azərbaycan dövlətinin, şəxsən ölkə başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, uşaq və gənclərin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Sonra tədbir iştirakçılarının iştirakı ilə Mingəçevir şəhərində avtobus turu təşkil olunub, bir sıra mədəniyyət ocaqlarına səfər edilib.

Avtobus turunun iştirakçıları Mingəçevir Gənclər Evində və orta məktəblərdən birində olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların hər kəslə bərabərhüquqlu olduqlarını və hər yerdə eyni imkanlardan yararlana biləcəklərini diqqətə çatdırılıb.

Səfərlər bitdikdən sonra tədbir iştirakçılarının iştirakı ilə mədəni proqram təşkil olunub və uşaqlara hədiyyələr təqdim edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

Oxşar yazılar