Gəncənin polis rəisinin müavini təqaüdə göndərildi
19 mart 2014 15:14 (UTC +04:00)

Gəncənin polis rəisinin müavini təqaüdə göndərildi

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini təqaüdə göndərilib.


 

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən ilin may ayından Gəncə Şəhər Baş Polis İdarəsində rəis müavini işləyən, polis polkovnik-leytenantı Kamandar Həsənov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

 

K. Həsənov APA-ya açıqlamasında faktı təsdiqləyib: “Mən uzun illər daxili işlər orqanlarında çalışmışam və polis adının şərəfini hər zaman ucaltmağa çalışmışam. Yaş həddi ilə əlaqədar daxili işlər naziri cənab Ramil Usubova raport yazaraq təqaüdə çıxmışam”.

 

Qeyd edək ki, K. Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinatdan əvvəl Neftçala Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar