Gəncədə uşaq mebel yağından zəhərlənib
19 noyabr 2013 21:01 (UTC +04:00)

Gəncədə uşaq mebel yağından zəhərlənib

Gəncədə 5 yaşlı uşaq mebel yağını meyvə şirəsi ilə səhv salaraq içib. Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini 2008-ci il təvəllüdlü Quliyeva Ulduz Ruslan qızı ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilədən sonra uşağın səhhəti normallaşıb. Araşdırma zamanı uşağın anası bildirib ki, 5 yaşlı Ulduz evdə nəzarətsiz qalan zaman şüşə qabda olan mebel yağını meyvə şirəsi bilərək içib və zəhərlənib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar