Gəncədə sex yanıb
16 fevral 2017 08:56 (UTC +04:00)

Gəncədə sex yanıb

0

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 210 m2 olan, bir mərtəbli, bir dam altında inşa olunmuş, müxtəlif təyinatlı (taxta sexi, yaşayış evi, gözəllik salonu, inşaat malları mağazası) tikilidə yanğın olub. .

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşlara məxsus ümumi sahəsi 35 m2 olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan 2 m3 taxta, 6 ədəd dəzgahın elektrik naqilləri və ümumi sahəsi 50 m2 olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 665

Oxşar yazılar