Gəncədə oğurluqla məşğul olan şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Gəncə şəhəri 8 saylı Orta Məktəbdən 1 ədəd kompüter, 1 ədəd proyektor, müşahidə kamerası və sistem bloku oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Əsgərov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 24-də 16 saylı Orta Məktəbdən 1 ədəd televizor, 1 ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.