Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə saat 21 radələrində şəhərin Nizami küçəsində baş verib. Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Qurbanova Gülnar Camal qızı yolu keçmək istəyərkən şəhər sakini, 1984-cü il təvəllüdlü Ələsgərov Mehman Haqverdi oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil tərəfindən vurulub.
Qadın hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Gənə şəhər Baş Polis İdarəsində cinayət məcəlləsinin 263.2 (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.