Gəncə şəhər sakini 5 yaşlı övladı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 48 yaşlı Zahidə Əhmədova Polis İdarəsinə müraciət edərək bildirib ki, 24 yaşlı qızı Əsmər Nuriyeva azyaşlı övladı, 5 yaşlı Ləman Nuriyeva ilə evdən çıxıb və bir daha qayıtmayıb.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.