Gəncə sakininin evindən 7 min manat oğurlanıb
28 mart 2014 19:54 (UTC +04:00)

Gəncə sakininin evindən 7 min manat oğurlanıb

Gəncədə yaşayış evindən qızıl-zinət əşyaları oğurlanıb.

 

Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini İlahə Məmmədova polisə ərizə ilə müraciət edərək bildirib ki, martın 24-27-də evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilinin pəncərəsini sındıraraq içəridən ümumi dəyəri 7 min manat olan müxtəlif qızıl-zinət əşyalarını oğurlayıblar.  

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar