Noyabrın 22-də Göyçay rayonu ərazisində rayon sakini Vüqar İsgəndərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Gəncə şəhər sakini Anar Məmmədova ayağından xəsarət yetirib. Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. İsgəndərov tutulub, ondan müvafiq sənədləri olan 1 ədəd “İJ-43” markalı ov tüfəngi götürülüb.