Gədəbəy və Şəmkirdə yanğın hadisə i qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin eyvanın tavanı 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 125 m² olan ərzaq mağazasının anbarında lambir və qamışdan ibarət tavanı 2 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.