FHN su basan ərazilərdən əhalini təxliyə edir
17 oktyabr 2016 22:19 (UTC +04:00)

FHN su basan ərazilərdən əhalini təxliyə edir

0

İki gündür yağan yağış Bakıda fəsadlar törədib.

 

APA TV-nin məlumatına görə, fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.

 

Paytaxtın Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Ordubadi küçəsində əhali təxliyə edilib, Binəqədi şosesində - Poladəritmə zavodunun yaxınlığında yağış suları çəkilib. Əlavə məlumat veriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar