FHN xilas edilmiş balıqçıların adlarını açıqladı - YENİLƏNİB
10 mart 2017 18:32 (UTC +04:00)

FHN xilas edilmiş balıqçıların adlarını açıqladı - YENİLƏNİB

10 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib. Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub.

 

Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.

 

 

*****

 

18:12

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km aralı, dənizdə balıqçı qayığının çevrilməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal  Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilmiş, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək, aidiyyatı üzrə təhvil veribər.

 

 

Əməliyyat saat 15:35-də bitib.

 

 

*****

 

16:22

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilib.

 

Batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək sahilə gətirir. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar