FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb
25 dekabr 2013 09:44 (UTC +04:00)

FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Maarif kollecinin yataqxananın həyətində baş verib. Nəticədə yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahəsi yanıb.

 

Tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub.

 

Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989
avatar

Oxşar yazılar