FHN “Statoil” şirkətinə birgə praktik təlim keçirməyi təklif edib
28 yanvar 2014 12:29 (UTC +04:00)

FHN “Statoil” şirkətinə birgə praktik təlim keçirməyi təklif edib

“Statoil” neft dağılmalarını 95 faiz aradan qaldırmağı qarşısına məqsəd qoyub.


 

APA-nın məlumatına görə, bunu “Statoil” şirkətinin neft dağılmalarına qarşı cavabla bağlı fövqəladə hallara hazırlıq üzrə aparıcı məsləhətçi Tom Sörnes Bakıda keçirilən seminarda deyib.  

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qarşıya qoyulmuş nəzəri məqsədə praktikada nə dərəcədə nail olunduğu barədə suallarına cavab verən T. Sörnes bildirib ki, 95 faiz nəticəyə nail olmaq üçün müvafiq qurumlarla əməkdaşlıq vacibdir: “Müxtəlif vaxtlarda dünyada müxtəlif xarici neft şirkətləri dağılmış neftin yığılması ilə bağlı 40 faizdən 80 faizə qədər nəticə əldə ediblər. Hətta dünyanın müxtəlif bölgələrində sahilə qədər gəlib çatmış neft qalıqlarının 95 faizə qədər yığılmasına nail olunub. Ancaq “Statoil” şirkətinin təcrübəsində hələ böyük həcmdə neft qalıqlarının sahilə gəlib çatması və yığılması halı olmayıb. Ona görə də bu sahədə dəqiq rəqəm deyə bilmərəm”.

 

T. Sörnes Norveçdə sahil yaxınlığında neft quyuları qazılmadığını söyləyib: “Şimal dənizində ən yaxın neft quyusu sahildən 35-40 km uzaqlıqda yerləşir. Neft dağılmaları yüksək təzyiqli yeraltı su axını nəticəsində baş verirsə, sualtı dispersiya texnoloji üsulundan istifadəni nəzərdə tuturuq”.

 

T. Sörnes quyuda qazılan neft quyularından qrunt sularının, yüksək təzyiqli suların çirklənməsi ilə bağlı hallar baş verərsə, ilk növbədə su hövzəsində neft qalıqlarının yığılmasını həyata keçirməyi nəzərdə tutduqlarını qeyd edib: “Ancaq quruda qazılan neft quyularından çirklənmənin qarşısının tam alınması ilə bağlı bir texnoloji həllimiz yoxdur”.

 

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev neft qalıqlarının yığılması ilə bağlı “Statoil” şirkəti ilə birgə təlim keçirməyi təklif edib: “Nəzəri, masaüstü təlimlərdə 95 faizə nail olmaq mümkündür. Ancaq Xəzər dənizində küləyin sürəti daimi yüksək olur və neftin dağılması ehtimalı yüksəkdir. Ona görə də ya Bakıda, ya da Norveçdə mütəxəssislərimizin birgə praktik təliminin keçirilməsini təklif edirəm. Çünki “Statoil” kimi beynəlxalq şirkətin neft qalıqlarının yığılması sahəsində 30 faiz, yaxud 40 faiz və daha yüksək nəticəsi bizim üçün maraqlıdır”.

 

T. Sörnes birgə praktik təlimin keçirilməsi təklifinə müsbət yanaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Oxşar yazılar