FHN-ə parkda partlayıcı qurğu olması barədə yalan məlumat verilib
13 mart 2014 10:17 (UTC +04:00)

FHN-ə parkda partlayıcı qurğu olması barədə yalan məlumat verilib

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparıblar. Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 493

Oxşar yazılar