Biləsuvarda və Masallıda ev yandı
09 dekabr 2016 09:57 (UTC +04:00)

Biləsuvarda və Masallıda ev yandı

0

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, 2 otaqlı evin 1 otağının tavanı 8 m2, döşəməsi 2 m2 sahədə və ev əşyaları qismən yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Masallının Şatıroba kəndində də yanğın olub. Yanğın zamanı vətəndaşa məxsus ümumi sahəsi 224 m2 olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar