Dekabrın 2-də saat 14 radələrində Bakının Suraxanı rayonu ərazisində yanğın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yeni Suraxanı qəsəbəsi Sabir küçəsi ev 30-da yaşayan Nazilə Həbibovanın evində yanğın baş verib. Nəticədə xəsarət alan olmayıb, 20 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. N.Həbibova Suraxanı RPİ-yə ərizə ilə müraciət edərək yanğından sonra evindəki 4200 manat pulu və qızıl əşyalarını tapa bilmədiyini bildirib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.