Bakıda mənzildən pul və qızıl oğurlamış qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 11-də Bakı şəhər sakini Zamin İsmayılovun evindən 500 manat pul, 6000 manat dəyərində qızıl əşyalar və planşet oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Aynur Əliyeva tutulub.
Araşdırma aparılır.