ETSN 5 rayonda reyd keçirib
20 dekabr 2017 15:41 (UTC +04:00)

ETSN 5 rayonda reyd keçirib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 11-17 dekabr 2017-ci il tarixlərində növbəti reyd keçirilib. 
 
 
ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı Astara rayonu ərazisində rayonun Şümrüd kənd sakini Əfrail Əmirova məxsus “QAZ-66” markalı 50BC027 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,45 m3 həcmində fıstıq cinsli işlik materialdan hazırlanmış taxta, Astara rayonu Ovələ kənd sakini Ramin Mərifova məxsus “UAZ” markalı 07BF164 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,5 m3 həcmində palıd cinsli meşə materialından hazırlanmış odun aparıldığı aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 838,47 manat məbləğində ziyan tətbiq edilib.
 
Balakən rayonu ərazisində keçirilən reyd zamanı rayonun Püştətala kənd sakini Asif Məmmədova məxsus “UAZ-469” markalı 08BD142 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,2 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 34,19 manat məbləğində ziyan tətbiq edilib.
 
Quba rayonu ərazisində keçirilən reyd zamanı rayonun Kürkün kənd sakini Rüstəm Abdullayevə məxsus “QAZ-69” markalı  dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 1,2 m3 həcmində ağcaqayın cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 18,65 manat məbləğində ziyan tətbiq edilib.
 
Qusar rayonu ərazisində keçirilən reyd zamanı rayonun İmamqulukənd kənd sakini Məmməd Məmmədova məxsus yeşik hazırlanan sexdə 1,4 m3 həcmində fıstıq cinsli işlik materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 208,70 manat məbləğində ziyan tətbiq edilib.
 
Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xudat şəhər sakini Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə 2,7 m3 həcmində fıstıq cinsli işlik materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 402,50 manat məbləğində ziyan tətbiq edilib.
 
Hazırda reydlər davam etdirilir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46