Ordumuzun əsgəri, 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
O bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir.
Qeyd edək ki, C. Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.