Xarici İşlər Nazirliyi İranla “altılıq” ölkələri arasında aparılan danışıqlarda razılıq əldə edilməsinə münasibət bildirib.
Bu barədə Lent.az-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib: “Azərbaycan Respublikası İran İslam Respublikası və “altılıq” arasında İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilmiş son danışıqların müsbət məcraya doğru yönəlməsini məmnunluq hissi ilə qarşılayır”.