Artezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 21 metrlik hissəsini oğurlamaqda şübhəli bilinən şəxslər ələ keçib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Goranboy RPŞ və Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Goranboy rayon Artezian Quyuları İstismar İdarəsinə məxsus artezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 21 metrlik hissəsini oğurlamaqda şübhəli bilinən Azad kənd sakini Avaz Əhmədov tutulub.
Bundan başqa, daha bir elektrik naqilinin oğruları da ələ keçib.
Belə ki, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də "Azər-Yod" MMC-yə məxsus su quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 70 metrlik hissəsini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Zaur Əliyev və Amid İmanov tutulublar.