Ehtiyatda olan zabitlər səfərbər olunacaqlar - <span style="color:red;">YENİLƏNİB
12 mart 2014 13:17 (UTC +04:00)

Ehtiyatda olan zabitlər səfərbər olunacaqlar - YENİLƏNİB

0

Ehtiyatda olan zabitlərin siyahısı dəqiqləşdirilir


 

Azərbaycanda ehtiyatda olan kiçik zabitlərin siyahısı dəqiqləşdirilir.

 

APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rayon şöbələri tərəfindən ehtiyatda olan kiçik zabitlər çağırılaraq onların qeydiyyatda olduqları rayonlarda yaşayıb yaşamadığı müəyyənləşdirilir, həmçinin uçot sənədlərində dəqiqləşdirmələr aparılır.

 

APA-nın öz hərbi mənbələrindən əldə etdiyi eksklüziv məlumata görə, dəqiqləşmələr yekunlaşdıqdan sonra SHÇDX, Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə ehtiyatda olan zabitlərin toplanışını keçirəcək.

 

Ümumrespublika səviyyəli toplanışda ehtiyatda olan zabitlər şərti «həyəcan» siqnalı ilə qeydiyyatda olduqları SHÇDX şöbələrinə çağırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3113

Oxşar yazılar