Daxili İşlər Nazirliyi Xaçmazda iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, yanvarın 29-da Xaçmaz rayonunun Qarabağı kəndində Bakı şəhər sakini Namiq Tağıyevə məxsus evdə özü və həmyerlisi Xalidə Mustafayeva dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparır.