DİN və DTX birgə əməliyyat keçirib
03 fevral 2017 12:56 (UTC +04:00)

DİN və DTX birgə əməliyyat keçirib

0

Qəbələdə əməliyyat keçirilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki,  RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar