Daxili İşlər Nazirliyi atəşkəsin pozulması nəticəsində yaralanan Tovuz sakini barədə məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonunun Əlibəyli kənd sakini Elman Tağıyev ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb.
Hadisə martın 28-də saat 02 radələrində baş verib.