DİN Əli Kərimlinin mühafizəçisinin polisə aparılmasına aydınlıq gətirib
27 fevral 2014 19:01 (UTC +04:00)

DİN Əli Kərimlinin mühafizəçisinin polisə aparılmasına aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) AXCP sədrinin mühafizəçinin polisə aparılması faktına münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə etdiyinə və polis  əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

 

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov partiyanın sədri Əli Kərimlinin mühafizəçisi B. Həsənlinin Suraxanı Rayon Polis İdarəsinə aparıldığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130
avatar

Oxşar yazılar